“Parkları məhv edən icra başçılarına medal verilsin” - Milli Məclisdə ironik TƏKLİF
Parlamentin iclasında "can verən" nəşriyyatlar, "ölən" qəzetlər məsələsi gündəmə gətirildi: nazir Milli Məclisə çağırıldı
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Gündəliyinə 20 məsələ daxil edilən iclasda deputatlar onları narahat edən məsələlərlə bağlı fikir bildirib, təkliflər irəli sürüblər. Deputat Tahir Rzayev Şuşada keçirilən "Xarıbülbül" festivalından danışaraq deyib ki, bu gün Şuşada top səsləri əvəzinə musiqi sədaları eşidilir.
"Şuşada top səsləri əvəzinə musiqi sədaları eşidilir"
"30 il gözləri yollarda qalan, inləyə-inləyə yurddaşlarını gözləyən Xarıbülbülün üzü gülür. Xarıbülbül nəinki Azərbaycan vətəndaşlarını, dünyanın bir çox ölkələrindən olan, işğaldan azad olunmuş torpaqlarımızdan keçib, Şuşamıza qonaq gələn xarici qonaqları məhəbbətlə salamlayır. Artıq Xarıbülbülü bütün dünya tanıyır, onun adı, şöhrəti qitələri dolaşır, bir sülh, əminamanlıq simvolu kimi insanlara gülüş, sevinc bəxş edir, azadlıq səadət arzulayır. İnsanları kimi Xarıbülbül də bu gün öz torpağının sahibidir, yurdunun qoynunda yaşamaq, könülləri oxşamaq haqqını qazanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi “Biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq” ifadələri Xarıbülbülü də qürurlandırır, sevindirir. İndi Xarıbülbül qucağını insanlara qürurla açır. Torpaqlarımız işğaldan azad olunandan sonra o dünyanın əziz gülü kimi sinələrdə gəzir, dillərdə mahnıya, şeirə çevrilir və özünün ən xoşbəxt günlərini yaşayır", - deputat söyləyib.
Millət vəkili deyib ki, iki il bundan əvvəl erməni təcavüzkarlarının viran qoyduqları, xarabazara, ah-nalə yuvasına çevirdikləri Şuşadan bu gün azan səsi, musiqi təranələri eşidilir: "Bu səslər şəhidlərimizin ruhunu sevindirir, qazilərimizə qüvvət verir və vətəndaşlarımızı yeni, daha mənalı günlər, gələcək uğrunda mübarizələrə səfərbər edir".
"Bu qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyə zərbə vurmağa çalışırlar"
Deputat Cavid Osmanov isə Azərbaycanda sabitliyi pozmaq cəhdlərindən danışıb və bildirib ki, ermənipərəst fondlar qrant ayırıb Azərbaycanda sabitliyi pozmağa çalışırlar: "44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycana qarşı çirkli kampaniya aparılır. Bu qüvvələr Azərbaycanda ictimai-siyasi sabitliyə zərbə vurmağa çalışırlar. Bunun üçün bəzi ermənipərəst fondlar tərəfindən qrantlar ayrılıb, may ayında da qrantlar ayrılması planlaşdırılır. Bunun nəticəsi olaraq mayın 14-də Bakıda və ayrı-ayrı regionlarda sabitliyi pozmaq üçün çağırışlar olacaq. Bununla ölkəmizin artan nüfuzuna zərbə vurmağa çalışırlar".
"Bu günə kimi olduğu kimi, onların sabaha olan bu niyyəti də iflasa uğrayacaq. Xalq Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyir və onun ətrafında birləşib”, - deyə millət vəkili qeyd edib.
Aqil Abbas: "Bu gün bizdə nə kitab oxunur, nə qəzet. Dünyada ən az kitab oxuyan millətik, cəmiyyətik”
"Kağızın əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qanun qəbul edildi. Yanvar ayında bu rəsmiləşdirilsə də, Nazirlər Kabineti addım atmayıb", - deyə narazılıq edən deputat Aqil Abbas bildirib ki, hazırda nəşriyyatlar "can verir" - "Qəzetlər isə can verməkdən də o tərəfədir, yoxdur, ölüblər. Allaha şükür, qəzet də oxuyan yoxdur, kitab da oxuyan yoxdur. Biz ən az kitab oxuyan ölkəyik. Təkcə saytla 44 günlük Zəfərin təbliğatı effektli olmayacaq".
"O qiymətə olan qəzet nəşr eləmək mümkün deyil. Nə edək, yenidən qanun qəbul edək? Xahişim odur ki, Baş nazir Əli Əsədov buna diqqəti artırsın. Biz özümüz kağız istehsal etmirik, hamısını xaricdən alırıq. Bu gün bizdə nə kitab oxunur, nə qəzet. Dünyada ən az kitab oxuyan millətik, cəmiyyətik”, - deyə millət vəkili söyləyib.
A.Abbas Kəlbəcərə qoyunçuluq təsərrüfatının göndərilməsi sahəsində də problemlər olduğunu deyib: “Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir axı”.
Spiker Sahibə Qafarova deputatın "ölkədə kitab, qəzet oxunmur" fikri ilə razılaşmadığını söyləyib: "Aqil müəllim, hansı statistikada var ki, Azərbaycan ən az kitab oxuyan ölkədir? Mənə elə gəlir ki, bu belə deyil. Kitab oxuyan hər yerdə oxuyur".
Deputat: “Ermənistan idmançıları da gələcəkdə Azərbaycanda idman yarışlarında iştirak edə bilər”
Deputat Elman Nəsirov isə xatırladıb ki, ilk dəfədir azad olan ərazilərimizdə mühüm beynəlxalq idman yarışı keçirilir: "Bu gün tarixi qələbəmizin dünyaya çatdırılması üçün ciddi addımlar atılır. Suqovuşanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş çox mühüm beynəlxalq turnir keçirildi. Bu yarışda da Azərbaycan və Türkiyə idmançıları birinciliyi qoruyub saxladı. Bu beynəlxalq turnirin çox böyük siyasi mənası və çəkisi var. 30 il işğaldan sonra biz beynəlxalq aləmə sülh ismarışları göndəririk. Biz istəyirik ki, sülh müqaviləsi imzalansın, nəhayət, Ermənistan və Azərbaycan arasında sərhədlər müəyyən edilsin. Bütün bunlar baş verəcəyi təqdirdə Ermənistan idmançıları da gələcəkdə Azərbaycanda keçirilən belə idman yarışlarında iştirak edə bilər. Bu beynəlxalq turnir bir daha Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi”.
Millət vəkilindən etiraz: “Fermerlər qadınların əməyini istismar edirlər”
“Bizim əmək qanunvericiliyinə görə insanı 8 saatdan işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir”, - deyə çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, dövlət orqanları bu məsələyə ciddi nəzarət həyata keçirməlidirlər: “Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir. Burada çiyələyin kiloqramını 5 manata satırlar. Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədirlər, günorta yeməyini də vermirlər. Onlara günə 8 manat, 10 manat pul verirlər. Bu da ayda 240 manat, minimum əməkhaqqından az edir. Bunu fermerlərin insafına buraxmaq olmaz. Hər kəsə hər saat işləməyinə görə əməkhaqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.
Deputat naziri Milli Məclisə çağırdı: "Gəlsin, görüşək"
Deputat Vahid Əhmədov isə bildirib ki, 15 deputatın spikerin və ya vitse-spikerin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirilməsinə ehtiyac var.
Onun sözlərinə görə, sosial sahə ilə bağlı müsbət qanunlara cavab ala bilmirlər: “Təklifim budur ki, İqtisadi siyasət, əmək və sosial siyasət komitələrinin deputatları nazirliklə görüşsün. Onların da arqumentlərini dinləyək. Nazirlikdən nazir Sahil Babayevin rəhbərliyi ilə gəlsinlər, görüş keçirək. Burada müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”.
"Bu gün bizdə səhralaşma gedir, amma yaşıllıqlar məhv edilir"
Deputat Sabir Rüstəmxanlı “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maraqlı təkliflə çıxış edib. Millət vəkili ironiya ilə deyib ki, medallar icra başçılarına verilməlidir: "Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin. Bu gün bizdə səhralaşma gedir, amma yaşıllıqlar məhv edilir".
“Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır"
Dərman vasitələrinin Azərbaycana qanunvericilik əsasında gətirildiyini xatırladan deputat Rəşad Mahmudov preparatların qiymətli ilə bağlı narahatlığını dilə gətirib. Millət vəkili bildirib ki, bəzən ehtiyac olan dərmanlara əlçatanlıq aşağı olur: “Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır".
"Bu gün dövlətin aidiyyəti qurumları ortaq müzakirələrlə dərmanların gətirilməsiylə bağlı qanunvericiliyin tələblərinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün güclərini səfərbər ediblər. Hər bir vətəndaşın özünü rahat Azərbaycan səhiyyəsinə əmanət etməsi üçün var gücü ilə çalışırıq. Yaxın gələcəkdə biz bunların nəticələrini görəcəyik”, - deyə deputat qeyd edib.
Deputatların çıxışlarından sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlanılıb.
Tarix: 13-05-2022, 15:30
-
Bu gün, 08:30
"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ
-
Bu gün, 08:30
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Bu gün, 07:29
Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib
-
Bu gün, 07:24
Vəzifəli şəxsləri həbs olunan “Epidbiomed” şirkəti Səfərbərlik Xidmətinə 55min ədəd narkotesti nə üçün satıb? – Araşdırma
-
Bu gün, 07:15
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə…
-
Bu gün, 07:03
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi – Torpaq qalmaqalı
-
Bu gün, 07:02
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Bu gün, 07:00
Bakıda saxta məhsullar hazırlanırmış: “Domestos”, “Fairy”, “Perwol”… – Fotolar
-
Dünən, 23:20
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Dünən, 23:19
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
Dünən, 23:16
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dünən, 23:09
Rusiya “mifyaradanları” gedir, amma…
-
Dünən, 23:08
Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər
-
Dünən, 23:04
Adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Dünən, 22:52
Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO
-
Dünən, 22:47
Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
-
Dünən, 22:39
“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı
-
Dünən, 22:34
Erməni cəmiyyəti həyəcan içində, mif dağılır: “Yığışdırın bu müzakirəni”
-
Dünən, 22:33
Ermənistan öz silahlı qüvvələrini Qazaxın dörd kəndindən ÇIXARIR
-
Dünən, 22:24
“Bu halda respublikaçılar öz mövqelərini itirəcək... - Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
-
Dünən, 22:11
KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?
-
Dünən, 22:02
Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video
-
Dünən, 21:30
Vaqif küçəsinin sakinləri təhlükədə: çürümüş işıq dirəkləri hər an aşa bilər - FOTOLAR
-
Dünən, 18:37
Milli Məclis özünü buraxa bilər - YAP-çı deputatdan yeni parlament seçkiləri və referendum ANONSU
-
Dünən, 18:19
Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"
-
Dünən, 14:43
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
-
Dünən, 11:42
Fransanın növbəti diplomatları qovulub - Observer Online
-
Dünən, 11:36
“Gomas Auto” məhkəməyə verildi - 1 milyon AZN-dən çox vergi borcu var
-
Dünən, 11:27
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Dünən, 11:22
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
{sape_links}{sape_article}