Azərbaycanda nəşriyyat sahəsinin inkişafı istiqamətində müzakirələr aparıldı


13 may tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Azərbaycan Nəşriyyatlar Assosiasiyası, Hədəf Nəşriyyatı, Parlaq İmzalar Nəşriyyatı, Qanun Nəşriyyatı, Alatoran Nəşriyyatı, Altun Nəşriyyat Evi və Qədim Qala Nəşriyyat Evinin nümayəndələri ilə görüş keçirmişdir.
Görüşdə nəşriyyat və kitab sənayesi sahəsində aktual məsələlər, həmçinin son zamanlar aktual mövzu kimi kağız idxalı və satışının ƏDV-dən azad edilməsi məsələsi də müzakirə edillmişdir. Nəticə olaraq, sahənin çətinlikləri və imkanlarının öyrənilməsi məqsədilə əhatəli tədqiqat işinin aparılması qərara alınmışdır.
Sevindirici haldır ki, gün ərzində görüşdə qaldırılan məsələ - kağız idxalı və satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərarı oldu ki, bu da nəşriyyatçılar tərəfindən yüksək dəyərləndirilir.
Tarix: 13-05-2022, 23:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}