Üç aydan sonra "Aeroflot" təyyarələrini ehtiyat hissələrinə ayırmalı olacaq... - "Bloomberg"

Üç aydan sonra
"Aeroflot"u sovet keçmişini xatırladan gələcək gözləyir"
 "Hazırda 56 xarici ölkəyə uçuşlardan cəmi 13- ü bərpa edilib və daxili uçuşlara keçilib"
 
Qərbin sanksiyaları Rusiyanın aviasiya sənayesinə, o cümlədən onun flaqmanı olan "Aeroflot" şirkətinə ağrılı zərbə vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Aviasiya şirkətinin 350- dən artıq təyyarəsindən tam əksəriyyəti "Airbus" və "Boeing" modelləridir və komplektləyici hissələrinin qıtlığı ilə üzləşəcək.
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı Rusiya aviaşirkərləri tərəfindən lizinqə götürülən təyyarələrin geri qaytarılmasını tələb edib. Putin icarəyə götürülən kommersiya təyyarələrinin geri götürülməsini sanksiyalaşdırıb və "Aeroflot" qısa zamanda təyyarələrin həbsi təhlükəsindən, Belarus istisna olmaqla, bütün beynəlxalq reyslərini dayandırıb. O zamandan əvvəlki 56 ölkədən 13 ölkəyə uçuşlar bərpa edilib və daxili marşrutlara keçilib.
 
Başqa bir problem xaricdə istehsal olunan "Airbus" və "Boeing" tipli təyyarələrin komplektləyici hissələrinin çatışmazlığıdır. Ekspertlərin dəyərləndirmələrinə görə, "Aeroflot" üçün detallar yaxın üç aya kifayət edəcək, bundan sonra bu məqsədlə təyyarələri ayrı- ayrı hissələrə ayırmaq lazım gələcək.
Bu zaman Rusiya idxalını Rusiya istehsalı olan sərnişin təyyarələri ilə əvəz edə bilməyəcək, çünki hətta Rusiyanın "Suxoy Supercet" təyyarəsi Fransanın "Safran SA" şirkəti ilə birgə hazırlanıb.
 
Rusiya daha az effektli "Tu- 214" təyyarələrinin istehsalını artırmağı planlaşdırıb, onları isə ekspertlər "həm xüsusiyyətinə, həm də effektliyinə görə rəqabət qabiliyyətli olmayan" adlandırıb.
 
Nəşrin yazdığına görə, son iyirmi ildə "Aeroflot" mükafata layiq görülən və dünyada ən gənc aviaparklardan birinə malik olan beynəlxalq daşıyıcıya çevrilib.
Lakin hazırda onu sovet keçmişini xatırladan gələcək gözləyir.
Tarix: 22-05-2022, 23:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}