Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Qarabağda oğluna toy edir


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Qarabağda oğluna toy edir



Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan Qarabağa qanunsuz səfər edib.
Artur Vanetsyanı bu səfərdə bütün ailəsi müşayiət edir- həyat yoldaşı, valideynləri və övladları. Artur Vanetsyan oğlunu evləndirmək üçün Qarabağa gedib.
Bildirilir ki, A.Vanetsyanın böyük oğlu Artyom uzun müddətdir Qarabağda separatçı rejimin “daxili işlər naziri” Karen Sarkisyanın qızı ilə dostluq edir.
Valideynlər gənclərin ailə qurmağa tələsməyəcəyini düşünsə də, onlar özləri bunu sürətləndiriblər.
Artur Vanetsyan həm də Ermənistanın müxalif "Vətən" partiyasının lideridir. O, bu ilin iyununda parlamentin üzvlüyündən imtina edib. Artur Vanetsyan baş nazir Nikol Paşinyanın qatı əleyhdarlarından biridir.
Cebhe.info
Tarix: 13-08-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}