“Güzəşt olmasa, nüvə müharibəsində öləcəyik”




Rusiyalı teleaparıcı və ictimai xadim Kseniya Sobçak ölkə Prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərliyə reaksiya verib.
O, bu barədə instaqramda yazıb.
“Müharibə həmişə dağıdır və heç vaxt yaratmır. Görünür, heç kəs heç kimə güzəştə getməyəcək. Baxmayaraq ki, həmişə mənə elə gəlirdi ki, müdriklik məhz güzəştə getməkdədir. Xüsusilə dünyanı xilas etmək üçün. Amma bütün dünya, görünür, sülhdə maraqlı deyil”, – Sobçak qeyd edib.
O, izləyicilərinin “kim kimə güzəştə getməlidir? Ukrayna Rusiyaya təslim olmalıdırmı” kimi suallarına belə cavab verib:
“Müdrik güzəştə getməlidir. Gəlin ümid edək ki, kimsə müdrik olacaq. Və ya olmayacaq. Və biz hamımız nüvə müharibəsində öləcəyik”.



Tarix: 22-09-2022, 22:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}