Elm və Təhsil Nazirliyindən deputatın fikirlərinə TƏKZİB


 
Elm və Təhsil Nazirliyi millət vəkili Musa Qasımlının fikirlərinə münasibət bildirib.
Nazirlikdən Musavat.com-a verilən məlumata görə, deputatın fikirləri yanlış təəssürat yaradıb:
"Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yalnış təəssürat yaradıb.
Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4- 5 şagird təhsil alıb.
Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb".
Qeyd edək ki, parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı M.Qasımlı bildirib ki, bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi: "2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”.
Tarix: 17-03-2023, 22:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}