Şahin Bağırovun hər kəsi təəccübləndirən yeniliyi - BU NƏDİ BELƏ?

Şahin Bağırovun hər kəsi təəccübləndirən yeniliyi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Siam.az Gununsesi.info-ya istinadla xəbər verir ki, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan fotolarda vətəndaşın gətirdiyi malların müxtəlif markalı olduğu və ən əsası hərəsindən bir ədəd olduğu görünür. Bu isə o deməkdir ki, Şahin Bağırov gömrük orqanlarına həm də sadə yolçunun soyğunçuluğu prizmasından yanaşır. Özünə bir ədəd əl çantası, yaxud geyim gətirən adamın rüsuma cəlb olunması 2023-cü ilin “sürprizi” sayılmaldır.

Şahin Bağırovun hər kəsi təəccübləndirən yeniliyi


Tarix: 23-03-2023, 19:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}