Yeni təyin olunan şəxs, özündən əvvəlkinə rəhmət oxudur...


Səfər Mehdiyevin mərhum qohumlarının ruhlarını KİM ŞAD EDİR...
Azərbaycan elə ölkələrdəndir ki, bu ölkədə hansısa qurumun necə işləməyini araşdırmağa, fəaliyyətini analiz və təhlil etməyə, sonra da əldə olunan məlumatlar əsasında tənqid yazmağa ehtiyac yoxdur. Çünki hər dəfə ölkədə bir qurum özü-özünü məsxərəyə qoyub, hər kəsə güldürür ki, bu möhtəşəm fəaliyyət nəticəsində nəinki jurnalistlər, ölkədə sosial şəbəkə işlədən hər kəs o qurumun halından xəbərdar olur.

Səfər Mehdiyevin mərhum qohumlarının ruhlarını KİM ŞAD EDİR...

Belə qurumlar ölkədə barmaqla sayılacaq qədərdir? Əlbəttə yox, qurumların əksəriyyəti bu gündədir. Şəkildəki onlardan biridir. Nümunə üçün paylaşırıq ki, sadə vətəndaşlar da bu ölkədə bəzi qurumların xalqa necə xidmət göstərdiklərini görsünlər...
Öz imicinə zərbə vuran, özünə əməlli-başlı PR xidməti göstərə bilməyən qurum xalqa, dövlətə necə xidmət göstərəcək?
Azərbaycan elə ölkələrdəndir ki, burda hansısa quruma yeni rəhbər təyin olunanda, yeni təyin olunan şəxs, mütləq özündən əvvəlkinə rəhmət oxutdurmalıdır...
Belə qurumlardan biri də Dövlət Gömrük Komitəsidir...

Elmar Hüseynov

Siam.az
Tarix: 24-03-2023, 10:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}