Vüqar Baba Dövlət Gömrük Komitəsinin məlumatı barədə: “Bu şişirtmə və manipulyasiyadır”


“Təsəvvür edin, DYP "Bugün qırmızı işıqda keçən sürücü saxlanılıb və cərimə yazılıb" başlıqlı xəbər paylaşır. Xəbərə də avtomobilin qırmızı işıqda keçmə anının və protokolun fotolarını əlavə edir. Necə olar?.. Dövlət Gömrük Komitəsinin paylaşdığı vətəndaşın bəyan etmədiyi geyim və aksesuarları tapıb ifşa etməsi xəbəri də eyni qəbildəndir”.
 
Siam.az-ın xəbərinə görə, bunu PR və marketinq kommunikasiyaları eksperti Vüqar Baba bildirib.
 
V.Baba qeyd edib ki, xüsusi hal deyil, gömrükdə tez-tez baş verə biləcək hadisədir: “Vətəndaş ya qəsdən, ya unudaraq və ya qanunu bilmədiyindəndən özü ilə gətirdiyi əşyaları bəyan etməyib. Gömrük məmurunun işi bu halı aşkar etmək və qarşısını almaqdır. Belə hadisələr PR vasitəsinə çevirməməlidir. Yəni, bu xəbər deyil. Görünür, aşkar olunan əşyaların kriminal sübut kimi düzülərək fotolarını çəkib paylaşmaq, hadisəni "Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında..." deyərək təqdim etmək rutin işə xəbər dəyəri qatmaq cəhdi olub. Amma bu şişirtmə və manipulyasiyadır. Bir qurumun təbliğatında bu cür vasitələrə əl atılmamalıdır. Əks təqdirdə qurumla bağlı əlavə suallara və tənqid aspektlərinə yol açar. Yəqin, sonradan səhv anlaşılıb ki,  Facebook paylaşımı və saytdakı yazıdan bəzi şişirtmə hissələr çıxarılıb (Lakin bunlar "redaktə tarixçəsi" və Google keşdə qalır)”.
 
Onun sözlərinə görə, sosial mediada DGK nümayəndələri və bəzi vətəndaşlar geyim və aksesuarların çox baha olmasına diqqət yönəldirlər: “Hava Limanının CIP (Commercial Important Person) zalından istifadə edən sərnişinin ucuz məhsullarla gəlməsi təəcüb doğurardı: “Bütün bunlarla bərabər əks reaksiyaların belə böyük olmasında  vətəndaşların illər ərzində gömrük qurumları ilə yaşadığı neqativ təcrübə, ictimaiyyətin DGK barədə mənfi rəyi, yəni Komitənin reputasiyasının aşağı olması da böyük rol oynayır”.
Pravda.az
Tarix: 24-03-2023, 10:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}