Gürcüstanda bir ili 31 manat, Azərbaycanda bir ayı 120 manat... - Böyük fərq!!!

Gürcüstanda bir ili 31 manat, Azərbaycanda bir ayı 120 manat...
Bakıda bir çox yerlərdə parkinq üçün tətbiq edilən qiymətlər müəyyən edilib.

Azadlıq meydanının yeraltı avtomobil dayanacağında yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Saatlıq tariflər isə aşağıdakı kimi müəyyən edilib:

0-1 saat - 1 manat
1-3 saat - 2 manat
3-6 saat - 3 manat
6-12 saat - 5 manat
12-24 saat 10 manat

Aylıq tariflər isə aşağıdakı kimi müəyyənləşdirilib:

12 saatlıq - 100 manat
24 saatlıq - 140 manat
Qonşular - 75 manat

Sözügedən parkinqdə daha əvvəlki qiymətlər aşağıdakı kimi olub:
0-2 saat - 1 manat
2-5 saat - 2 manat
5-12 saat - 3 manat
12-24 saat - 6 manat

Aylıq abunə paketləri isə 12 saat üçün 50 manat, 24 saat üçün isə 80 manat idi.

Qış parkının yeraltı avtomobil dayanacağında da parkinq üçün tətbiq edilən qiymətlər artırılacaq. Bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var. Burada da yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.

Aylıq tariflər isə aşağıdakı kimi müəyyənləşdirilib:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).

Yəni aylıq tariflər demək olar ki, 100 faiz artırılıb.

Qonşu Gürcüstanla müqayisə edəsi olsaq, parkinq qiymətləri arasındakı fərq kifayət qədər yüksəkdir. “Cebhe.info” müqayisə üçün Gürcüstanda olan parkinq qiymətlərini təqdim edir:
1 həftə - 4 GEL (ödəniş anından sonrakı 6 təqvim günü ərzində); - 2 manat 50 qəpik
6 ay - 25 GEL (ödəniş anından sonrakı 182 təqvim günü ərzində); 15 manat 67 qəpik
1 il – 50 lari (ödəniş anından növbəti ilin müvafiq təqvim gününə qədər) 31 manat 34 qəpik
1 saatlıq saxlamaq istəyirsinizsə isə 1 lari ödəyərsiniz (62 qəpik).

Naibə
"Cebhe.info"
Tarix: 27-03-2024, 14:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}