Quru sərhədlərin bağlanmasından 4 İL KEÇDİ

Quru sərhədlərin bağlanmasından
Azərbaycanın quru sərhədlərinin qapadılmasının 4 ili tamam olur.

Dövlət Statistikasının Komitəsnin məlumatına görə, 2023-cu ildə dünyanın 189 ölkəsindən Azərbaycana 2 milyondan çox adam gəlib. Pandemiyadan əvvəl isə 2019-cu ildə az gələn turistlərin sayı 3 milyon nəfəri aşıb.

Məhz pandemiya baxımından bu əqəmlər arasında fərq o qədər də böyük deyil.

O zaman Azərbaycan ölkənin quru sərhədlərini niyə qapalı saxlayır?

Ümumdünya səhiyyə təşkilatı 2023-cü il mayın 5-də pandemiyanın dünyada başa çatdığını deyib. Azərbaycanda isə baş nazir Əli Əsədovun imzası ilə karantin rejimi daha üç ay uzadılıb. Bu qərarın səbəbi ilə bağlı açıqlama verməyən baş nazir deyib ki, karantin rejimini pandemiyaya görə uzadılıb. Baş nazir quru sərhədlərlə bağlı qərarın onun salahiyyətində olduğunu bildirib. Nazir bildirib ki, quru sərhədlərin bağlı olması iqtisadi göstəricilərə təsir göstərmir.

Lakin ekspertlərin fikrincə, quru sərhədlərin qapalı qalması xüsusilə iqtisadi münasibətlərə ciddi təsir göstərir.

İqtisadçı ekspert Fərid Mehralızadənin sözlərinə görə, sərhədyanı bölgələrdə yaşayan insanlar qonşu ölkələrdən aldığı ucuz məhsulları həm şəxsi istehlak həm də biznes məqsədləri üçün istifadə edə bilirdilər: “Azərbaycanın digər bölgələrindən də həmin ərazilərə gediş-gəlişin olması, həmin sərhədyanı ərazilərdə sürücülərin müəyyən qədər qədər gəlir əldə etməsinə səbəb olurdu. Hazırda Azərbaycanın regionlarında ən ciddi iqtisadi-sosial problemlərdən biri iş yerlərinin azlığıdır. Rəsmi rəqəmlər də bunu göstərir ki, Azərbaycandakı işçilərin yarısı sadəcə Bakıda, qalan yarası isə ölkənin digər ərazilərində fəaliyyət göstərir. Bu baxımdan quru sərhədlərin bağlı qalması xüsusilə, sərhədyanı regionlarda yaşayan insanların iş imkanlarının məhdudlaşdırılmasına gətirib çıxa biləcək səbəbdir”.

Gununsesi.info
Tarix: 6-04-2024, 12:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}