Milyonçu Adnan Əhmədzadənin "Rahat market"i işçiləri qula çevirib - Qazidən şok faktlar


Azərbaycanda "Rahat" marketlər şəbəkəsi işçiləri üçün narahat bir yerə çevrilib. Çünki marketlər şəbəkəsinin sahibi əməkdaşlarını qul kimi işlədir.
Hətta orta əsrlərdə bu cür istismar halları olmayıb. Sanki işə götürülən vətəndaşlar hansısa əmək düşərgələrinə cəlb olunan, yaxud əsir saxlanan yerlərdə işgəncələrə məruz qalan adamlardı. Adətən ən ağır cəzaçəkmə müəssisələrində, koloniyalarda dustaqlarla belə davranılır. Misal üçün "Borka" filmində bunu görmək olar. Həmçinin, bizdə qadağan edilmiş "Köpək" kinosunu misal gətirə bilərik. Söhbət insanların qul kimi işlədilməsindən gedir. Qədim Misirdə olmayan "qayda"ları hazırda " Rahat" marketlərdə görmək mümkündür. Anaxeber.info bildirir ki, onlardan biri Vətən müharibəsinin qazisidir. Qazi şikayətində deyir ki, işə götürüləndə bölgə müdiri Elvin Abdullayev aylıq 700 manat maaş, 250 manat isə bonus olacağını söyləyib. Onun sözlərinə görə, bonus verilməyib və deyilib ki, birinci aydır, sənə düşmür. Qazi danışır ki, bu azmış kimi iş rejimi istismardan ibarət olub. Belə ki, gün ərzində 10_12, hətta 13 saat işlədiliblər. Hərçənd ki, işə götürüləndə belə razılaşma olmayıb. Üstəlik, bu, "Rahat" marketlər şəbəkəsinin Əmək Məcəlləsinin qaydalarını pozmasıdır. Amma təkcə bu məcəllə pozulmur, qazinin maaşla bağlı dediklərindən məlum olur ki, vergidən yayınma da var. Şikayətçi bildirir ki, 350 manat rəsmi maaş göstərilib, ələ verilən nağd pul isə ödənilməyib, hərgah, 700 manat nəzərdə tutulub. Bununla da marketlər şəbəkəsi  dövlətə vergi ödəməkdən yayınır. Nəzərə alsaq ki, bu şəbəkənin müxtəlif filiallarında yüzlərlə işçi var, o zaman araşdırma aparılsa, vergidənyayınma ilə bağlı ciddi faktlar üzə çıxa bilər. Bundan əlavə, qazi onu da danışıb ki, müştərilərə münasibətdə hədə-qorxu variantlarına əl atılır. Bu hadisələrdən biri "Neftçilər-2" filialında baş verib. Gənc bir qız müştəri ya diqqətsizlikdən, ya yadından çıxdığı üçün 50 qəpiklik suyun pulunu ödəməmiş marketi tərk edəndə mühafizə və rəhbərlikdən Azər adlı şəxs onu saxlayıb, başqa kabinetə aparıb, təhdid ediblər. Qızı oğurluqda ittiham edən market sahibləri ondan karta 100-150 manat ödənilməsini tələb ediblər, əks halda müşahidə kamerasında olan görüntüləri polisə və ailəsinə verməklə təhdid ediblər. Bax, belə bir rəzalət yaşanır - vergidənyayınma, qul kimi işçiləri işlətmək, maaşını kəsmək, müştərilər şantaj etmək...
Qeyd edək ki, marketlər şəbəkəsi milyonçu Adnan Əhmədzadəyə məxsusdur. Adnan Əhmədzadə sirli fiqurdur. Son həftələrdə ulduz futbolçu Messi ilə görüşləriylə gündəmə gəlib. şəbəkəsinin, “Xoxo” gecə klubunun, Rusiya, Ukrayna Gürcüstan, Qazaxıstan və Polşada iri layihələr həyata keçirən “Caspian Service” tikinti şirkətinin də ona məxsus olduğu deyilir. Binə qəsəbəsindəki atçılıq fermasında bahalı “Throughbred” atları var. Onun bahalı avtomobillərinin, qiyməti 1 milyon dollara çatan “Jacob & Co Astronomia” saatının, “Palm Cümeyrada” daşınmaz əmlakının hansı pullarla alındığı kimsəyə sirr deyil. Jurnalist Cavanşir Həsənlinin araşdırmalarından məlum olur ki, İngiltərə və Uelsdə əmlak qeydiyyatını aparan HM Land-ın məlumat bazasında Adnan Əhmədzadənin 2016-cı ilin fevralında Londonda qiyməti 6 milyon 50 min funt sterlinq olan mənzil aldığı haqqında sənəd yerləşdirilib.
Bu sənəddə Adnan Əhmədzadənin yaşayış ünvanının Dubayda Palm Jumeirahdakı Oceana Residence (Argean Building PH2) olduğu əksini tapıb. Bu rezidensiyada 3 otaqlı mənzilin qiyməti 3.9 milyon dirhəmdən 7.7 milyon dirhəmə qədər (1.1 milyon dollardan 2.1 milyon dollara qədər) dəyişir. Londonda da onun “AA PROPERTIES 2000 LTD” adlı şirkəti qeydiyyatdan keçib. Şirkət daşınmaz əmlak alışı ilə məşğuldur. Əhmədzadələrin İngiltərədə daha bir şirkətləri var. Londonda fəaliyyət göstərən PS ASSETS LİMİTED şirkəti 2 oktyabr 2013-cü ildə qeydiyyatdan keçib.

Anaxeber.info
Tarix: 29-04-2024, 10:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}