“Akademik Zərifə Əliyeva” gəmisi yanır - Yeniləndi

“Akademik Zərifə Əliyeva” gəmisi yanır - Yeniləndi Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Vixr-7 və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin gəmiləri, eləcə də Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi QSC-nin Xəzər Dəniz Neft Donanması idarəsinin “Neftqaz-64” və digər gəmiləri yanğının söndürülməsinə cəlb olunublar.

Aldığımız məlumata görə, “Akademik Zərifə Əliyeva” gəmisi yedəyə alınaraq 57-ci körpüyə gətirilir.
Tarix: 12-01-2017, 16:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}