Azərbaycanlı kişi Rusiyada arvadının başını kəsib

Azərbaycanlı kişi Rusiyada arvadının başını kəsib Şəmkir rayon Polis İdarəsinin əməkdaşları, ötən ilin oktyabrında öz həyat yoldaşı Bahar Pirqələmovanı xüsusi qəddarlıqla qətlə yetirmiş 38 yaşlı Ramiz Əskərovu saxlayıblar. Bu barədə Sputnik-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Cinayət Rusiyanın Sankt-Peterburq şəhərində törədilib. Bununla əlaqədar olaraq Əskərova qarşı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi açılıb. Bununla yanaşı, Şəmkir RPİ-dən Sputnik-ə verilən məlumata görə, Əskərov özü yanvarın 9-da polisə gələrək günahını boynuna alıb. O, etiraf edib ki, arvadını Sankt-Peterburqun Frunze rayonundakı meşəyə aparıb. Orada qadının başını kəsib, cəsədini yandırıb və sonra qalıqlarını basdırıb. Cinayətdən dərhal sonra o, Azərbaycana qaçıb. Qeyd olunur ki, Rusiyanın hüquq-mühafizə orqanları qətllə bağlı, yalnız Əskərov saxlanılandan və Azərbaycan polisi bu barədə onlara məlumat verəndən sonra xəbər tutub. Hazırda Sankt-Peterburq polisi meşədə Pirqələmovanın cəsədini axtarır. Hələlik axtarışlar müsbət nəticə verməyib. İlkin məlumata görə, Əskərov arvadını qısqanclıq zəminində öldürüb.
Tarix: 13-01-2017, 20:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}