19 yaşlı sərxoş sürücü Gəncədə qəza törədib

19 yaşlı sərxoş sürücü Gəncədə qəza törədib Gəncə şəhərinin Heydər Əliyev prospektində sərxoş sürücü qəza törədib.

1998-ci il təvəllüdlü şəhər sakini Mahmudov Adil Nəcəf oğlunun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn maşınla toqquşub.

Nəticədə A.Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə köçürülən yaralının vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)
Tarix: 14-01-2017, 08:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}