İstanbul baş polis idarəsi “qranatomyot”la vuruldu

İstanbul baş polis idarəsi “qranatomyot”la vuruldu “Vatan caddəsi”ndə yerləşən İstanbul Əmniyyət müdürlüyü raketatandan atəşə tutulub. Musavat.com xəbər verir ki, bu barədə bütün Türkiyə mediası canlı yayında məlumat veriblər. Məlumatda vurğulanır ki, raketatandan atəş açılsa da, binadan yan keçib.

Türkiyə KİV-ləri xəbəri yayarkən onu da vurğulayıblar ki, “Reina” qətliamının törədicisi terrorist Abdulkadir Maşaripov hazırda Vatan caddəsində yerləşən həmin polis idarəsində sorğulanır.

Musavat.com
Tarix: 20-01-2017, 22:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}