Şəmkirdə qadın davası

Şəmkirdə qadın davası Şəmkirdə 51 yaşlı qadın döyülüb.

APA-nın məlumata görə, rayonun Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Məleykə Hüseynova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

M. Hüseynovaya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın başqa qadınla dava zamanı döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tarix: 22-01-2017, 16:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}