Sankt-Peterburqun meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlandı

Sankt-Peterburqun meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlandı Sankt-Peterburq polisi şəhərin Frunze rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.
“Report” xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə “təcili yardım” çağırılıb.
Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.
Tarix: 22-01-2017, 21:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}