"İnfiniti" ər-arvadı vurub öldürdü - YENİLƏNİB

"İnfiniti" ər-arvadı vurub öldürdü - YENİLƏNİB Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi 99 XA 337 dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.

Sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

**** 21.56

Hacıqabulda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Yolun qeyd olunan hissəsində yerləşən körpünün altında avtomobil yolu keçən iki piyadanı vurub.

Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Tarix: 14-09-2017, 22:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}