Mingəçevir sakini özünü yandırıb

Mingəçevir sakini özünü yandırıb Gecə saatlarında Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.



"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin “Energetik” yaşayış massivində, Fazil Əzimov küçəsi 3 b, mənzil 35-də yaşayan 1988-ci il təvəllüdlü şəhər sakini hələ ki, tam məlum olmayan səbəblərdən çox ağır dərəcəli yanıq xəsarətləri alaraq təcili xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata görə, yanıqlar bədənə yanacaq tökülməsi nəticəsində əmələ gəlib və bədənin əksər hissələrini bürüyüb. Hadisənin yaralı tərəfindən törədildiyi bildirilir. Özünə qəsd, yaxud ehtiyatsızlıq olduğu isə tam dəqiqləşməyib. Araşdırma aparılır.
Tarix: 2-10-2017, 07:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}