Azərbaycan ornitoloqları quşların kütləvi qırılması haqda

Azərbaycan ornitoloqları quşların kütləvi qırılması haqda “BirdLife International” beynəlxalq quşları müdafiə təşkilatının Azərbaycanda suda üzən quşların kütləvi qırılması haqda hesabatı həqiqətə uyğun deyil. Bundan başqa, şübhə yaranır ki, vəziyyəti faciəvi kimi təqdim eməklə məsələni bilərəkdən təhrif ediblər.

Bunu virtualaz.org-a "Ekologiya və Azərbaycan quşlarının müdafiəsi" ictimai təşkilatının rəhbəri İlyas Babayev deyib.


Xatırladaq ki, “BirdLife International” beynəlxalq quşları müdafiə təşkilatı bir neçə gün əvvəl “The killing 2.0, A View to a Kill” hesabatını tərtib edib. Hesabatda bildirilib ki, Avropada suda üzən və yırtıcı quşların müdafiəsi ilə bağlı ən pis vəziyyət Azərbaycandadır.

Təşkilat vurğulayıb ki, nadir quşlar qeyri-qanuni ov nəticəsində qırılır. “BirdLife International” təşkilatının məlumatına görə, Azərbaycanda, Hollandiyada və Almaniyada 2 milyona yaxın suda üzən və yırtıcı quş yoxa çıxma ərəfəsindədir.

Azərbaycan ornitoloqları hesab edirlər ki, “Bird Life International”ın tədqiqatları bizim ölkəmizdə kifayət qədər səthi keçirilib, özü də naməlum metodika üzrə: “Nəticədə heç nə ilə təsdiq edilməmiş məlumatlar dərc edilib.

Tədqiqatlara Azərbaycanın bu sfera üzrə məsul olan strukturları da cəlb olunmayıb. Heç kim onların fikirlərini soruşmayıb, onlardan məlumatlar tələb etməyib.

Bütün bunlar belə güman etməyə əsas verir ki, Azərbaycanda quşların kütləvi qırılması haqda yayılan məlumatlar düşünülmüş təxribatdır”.

Beynəlxalq təşkilatın hesabatında göstərilmiş rəqəmlərə gəlincə, İ.Babaev bildirib ki, lələklilərin miqrasiyasının 3-4 ayı ərzində o sayda quşu güllələmək praktik olaraq mümkün deyil: “Bu iddianın cəfəngiyyat olduğunu istənilən mütəxəssis təsdiq edər".

İ.Babayev onu da qeyd edib ki, həqiqi vəziyyətin saxtalaşdırılmasında Azərbaycan Ornitoloqlar Cəmiyyətinin özlərini ölkədə “BirdLife International” təşkilatının nümayəndələri kimi qələmə verən bəzi üzvlərinin şəxsi maraqları da rol oynayıb.
Tarix: 29-10-2017, 16:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}