ANAMA-da ciddi yeyinti faktları aşkarlandı

ANAMA-da ciddi yeyinti faktları aşkarlandı Hesablama Palatası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb.

Yoxlama nəticəsində bəlli olub ki, Nizamnamənin tələblərinə əməl edilməyərək ANAMA-nın strukturu və ştat vahidlərinin sayı, işçilərin tutduğu vəzifəyə uyğun aylıq vəzifə maaşlarını Komissiya deyil, rəhbərlik müstəqil təsdiq edib, 8 nəfər işçiyə məzuniyyətdə olduğu və məzuniyyət haqqı ödənildiyi halda həmin dövr üçün tutulmalardan sonra təkrarən əmək haqqı ödənilməsi, “Beynəlxalq və İnzibati İşlər üzrə Standart Əməliyyat Prosedurları”nın tələblərinə əməl edilməyərək əməliyyat işlərində iştirak etməyən şəxslərə yemək xərci verilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı bir sıra hallarda müvafiq normalara riayət edilməməsi nəticəsində artıq vəsaitin ödənilməsinə, həmçinin müxtəlif markalı nəqliyyat vasitələrinə texniki göstərici əsasında sərf edilən yanacaq normasının düzgün tətbiq edilməməsi səbəbindən artıq yanacaq silinməsinə yol verilib.

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinə riayət edilməyərək bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların (işlərin və xidmətlərin) satınalınması həyata keçirilmiş, malların (işlərin və xidmətlərin) satınalınması ayrı-ayrı müqavilələrə bölünməklə satınalma kotirovka sorğusu üsulu ilə həyata keçirilib, satın alınması nəzərdə tutulan malların ehtimal olunan qiymətlərinin formalaşdırılmasının əsasları açıqlanmayıb”, – deyə məlumatda qeyd edilib.
Tarix: 2-11-2017, 22:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}