Bakının 3 rayonu təhlükədə

Bakının 3 rayonu təhlükədə "Binəqədi I mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb”.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Sabunçu rayonunda - Maştağa-Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası, Zabrat-Məhəmmədi və Savalan subasma sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.

Ekspedisiya rəisi qeyd edib ki, Xəzər rayonu Qala qəsəbəsi subasma sahəsində də aktivləşmə müşahidə olunub.
Tarix: 4-11-2017, 23:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}