Rusiyada terrorçu-kamikadze özünü partladıb: yaralılar var

Rusiyada terrorçu-kamikadze özünü partladıb: yaralılar var Rusiyanın İnquşetiya Respublikasında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.

Siam.az metbuat.az-a istinadən bildirir ki, hadisə Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında baş verib.

İnsident nəticəsində iki Yol-Patrul Xidmətinin əməkdaşı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Məlumata əsasən, hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Siam.az
Tarix: 5-11-2017, 21:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}