55 yaşlı kişi özünü su quyusuna atdı - Öldü - Yenilənib

55 yaşlı kişi özünü su quyusuna atdı - Öldü - Yenilənib Şamaxı rayonunda özünü su quyusuna ataraq intihar etmək istəyən 55 yaşlı Əlimuxtar Muxtarov vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.


Şöbədən bildirilib ki, Əlimuxtar Muxtarov xəstəxanaya çatdırılanda aqoniya (orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsi) vəziyyətində olub.

Başına tikişlər qoyulub, vəziyyəti əməliyyat üçün uyğun olmayıb. Vəziyyəti ağır olan Ə.Muxtarov bu saatlarda vəfat edib. Onun meyiti ailəsinə təhvil verilib.

***13:22***

Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metirlik su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır.

Yaxınlarının verdiyi məlumata görə, Ə.Muxtarov ruhi-əsəb xəstəsidir.

Siam.az
Tarix: 6-11-2017, 16:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}