Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi- GƏNCƏLİ "QOÇU" ÖZ RESTORANINDA ÖLDÜRÜLDÜ

Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi- GƏNCƏLİ "QOÇU" ÖZ RESTORANINDA ÖLDÜRÜLDÜ Noyabr ayının 4-ü gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib. Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoşu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.
Gununsesi.info-nun məlumatına görə, hələlik qətlin təfərrüatları barədə geniş məlumat almasaq da, mərhumun yaxınlarının “Atributinfo.az”a verdikləri açıqlamaya görə onlar qatilin kim olduğunu artıq bilirlər.

Hətta hadisəni nəzarətə götürən Gəncə şəhər polis və prokurorluq orqanlarına bu barədə məlumat versələr də, bildirdiklərinə görə, nədənsə, hələlik qanuni ölçü götürülmədiyindən narahatdırlar.
Öldürülən şəxsin adamları qətlin ilkin araşdırmalar zamanı bəzi qüvvələr tərəfindən “ört-basdır” edildiyini vurğulayaraq, saytımıza onu da dedilər ki, əgər cinayətkar üzə çıxarılaraq qanunun tələb etdiyi qaydada cəzalandırılmasa, yerli hüquq-mühafizə orqanlarından ölkənin birinci şəxslərinə şikayət edəcəklər. Hadisənin qəfil ürək-damar sisteminin tutulması ilə əlaqələndirilməsinə baxmayaraq, mərhumun ailəyə yaxın şəxslə əlbəyaxa vəziyyətində küt alətlə başının arxasından vurulduğunu doğmaları və şahidlər iddia edirlər.
Qeyd edək ki, qətl hadisəsi məlum saatlarda mərhum Qoca Quliyevin sahibkarlıq etdiyi və şəxsi obyekti sayılan “Çinar” restoranında baş verib. Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.
Sonda onu da qeyd etməyi özümüzə vicdan borcu hesab edərək adiyyəti orqanların nəzərinə çatdırırıq ki, hadisəni araşdırarkən öldürülən şəxsin doğmalarını dinləyib əsas mahiyyətlə bağlı müfəssəl məlumat almaları məsləhətlidir. İnanırıq ki, tezliklə cinayətkar tapılıb üzə çıxarılaraq layiqli cəzasını alacaq.
Gununsesi.info olaraq nəzərinizə çatdırmaq istərdik ki, mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və “Qoçu” ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.
Tarix: 8-11-2017, 12:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}