Eyyub Kərimov faciəvi şəkildə vəfat etdi

 81
Bakıda baş redaktor dəm qazından boğulub ölüb.
 
Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist "Femida.az" saytının baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Siam.az
Tarix: 2-03-2018, 15:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}