Bir neçə gün əvvəl itkin düşdü, bu gün meşədə meyiti tapıldı

Bir neçə gün əvvəl itkin düşdü, bu gün meşədə meyiti tapıldı
Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar

Bu gün günorta saatlarında Şabran rayonunda gənc oğlanın meyiti tapılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məluata görə, cəsəd rayonun Xəlfələr kəndi ərazisindəki meşə massivində aşkar edilib. Meyitin bir neçə gün əvvəl itkin düşmüş 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğunun nümayəndələri və polis əməkdaşları araşdırma aparırlar.


Tarix: 4-03-2018, 09:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}