Azərbaycanlı qadın mühacir alverinə görə hava limanında tutuldu

Azərbaycanlı qadın mühacir alverinə görə hava limanında tutuldu
Almaniya vətəndaşı olan azərbaycanlı Düsseldorf Hava Limanında saxlanılıb. AzEuroNews.com xəbər verir ki, 51 yaşlı azərbaycanlı qadının saxlanılmasına səbəb barəsində həbs qərarının çıxarılması olub. Belə ki, o, 2016-ci ilin yanvar ayından sentyabr ayına kimi 7 azərbaycanlı ailəni qeyri-qanuni şəkildə Almaniyaya gətirib.

Mühacir alveri ilə məşğul olan qadın azərbaycanlı ailələrin Almaniyaya gətirilməsi üçün onlardan 32 min avro alıb. Polisdən verilən məlumata görə, saxlanılan qadın Göttingen şəhərində qeydiyyatdadır və orda yaşayır. O, Azərbaycandakı səyahət agentliyi ilə işbirliyi edərək Almaniyaya gəlmək istəyənlər üçün Çexiya vizası alırmış. Çexiyaya gələn azərbaycanlılar ordan da Almaniyaya keçirmişlər.

Araşdırmalar zamanı məlum olub ki, vizaların çoxu azərbaycanlı ailələrə Avropada toy mərasimlərində iştirak etmələri üçün verilib. Praqaya viza alan azərbaycanlılar Budapeştdən Dortmunta uçurmuşlar. Qadın tərəfindən pasportları əlindən alınanlar Bilefeld şəhərində qaçqın qəbul etmə məntəqəsinə təhvil verilirmişlər.

Qadının yaşadığı evdə alman polisi azərbaycanlılara məxsus xarici pasport, sürücülük vəziqəsi və şəxsiyyət vəsiqəsi olmaqla 54 ədəd sənəd tapıb.
Tarix: 4-03-2018, 09:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}