Şəmkirdə sərxoş halda qəza törədən sürücünün kimliyi məlum olub


Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sürücünün kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Şəmkir-Gədəbəy yolunda avtomobilini aşıran şəxs Şəmkir rayon Yenigün kənd sakini, 1990-cı il təvəllüdlü Amil Vahid oğlu Aslanovdur.

O, hadisə yerindən keçən şəxslər tərəfindən avtomobildən çıxarılaraq şəxsi maşınları ilə gətirilərək hadisə yerinə çağrılan 113 həkim biriqadasına təhvil verilib. Daha sonra yaralı həmin biriqada tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Müxtəlif xəsarətlər alan A.Aslanova ilkin yardım göstərilib və daha sonra evə buraxılıb.

İlkin məlumatlara görə, sürücü sərxoş halda avtomobilini idarə edib. Avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 15-03-2018, 22:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}