Türk əsgərlərinə təslim olan terrorçu PKK-nın ÇİRKİN planlarını İFŞA ETDİ



Türk əsgərlərinə təslim olan terrorçu PKK-nın ÇİRKİN planlarını İFŞA ETDİ

PKK terror təşkilatından qaçaraq Silopi polisinə təslim olan "Avesta" kod adlı terrorçu D.K PKK terror qruplaşmasının bütün planlarını etiraf edib.

Publika.az xəbər verir ki, PKK-nın "Xüsusi Qüvvələr" adlı sui-qəsd və təxribat qrupunun üzvü olduğunu iddia edən terrorçu D.K, təşkilatın başçılarından Murad Qarayılan ilə keçirdikləri görüşlərdə növbəti hədəfləri və planlaşdırılan sui-qəsdlərin, təxribatların üstünü açıb. O bildirib ki, Murad Qarayılanın bəzi terrorçuları Türkiyədəki üz tanıma sisteminə qarşı istifadə edəcəkləri xüsusi bir üz maskası sistemi üzərində çalışırlar.

O qeyd edib ki, bu maskalardan istifadə etmələri üçün bir qrup Avropa ölkələrinə təhsil almağa göndərilib. Sistemi uğurla başa vuran üzvlər canlı bomba hücumlarını gerçəkləşdirmək məqsədilə Türkiyəyə girəcəklər.

D.K İrqaın Şenqal bölgəsində xüsusi təlim keçmiş 210 nəfərin olduğu və 5 ayrı-ayrı qrupda birləşən xüsusi hazırlanmış terrorçuların olduğunu və özünün də daxil olduğu bir qrupun bu ilin aprel ayında Türkiyədə təxribat törətmək üçün göndəriləcəklərinin planlaşdırıldığını bildirib. Terrorçunun sözlərinə görə, komüter vasitəsilə idarə edilən bombalı avtomobillərlə gerçəkləşdirəcəkləri xüsusi planın üzərində işlədiklərini etiraf edib.

Suriyadakı PKK\YPG\PYD terror qruplarına qarşı Türk Silahlı Qüvvələri tərəfindən gerçəkləşdirilən "Zeytun Budağı" hərəkatı çərçivəsində fevral ayından İraqın şimal hissəsində yerləşən terror düşərgələrindən qaçan xüsusi təyinatlı xüsusi hazırlanmış bir qrup terrorçu Şırnakın Silopi rayonunda hüquq-mühafizə orqanlarına təslim olublar. Təslim olan terrorçular planlaşdırılan aksiyalar, yerləşdirilən gizli tələlər və sui-qəsd planları ilə bağlı Türk əsgərlərinə önəmli məlumatlar veriblər. Məlumatların nə dərəcədə dəqiq olub-olmadığı isə araşdırılır.

Könül Cəfərli

Tarix: 22-03-2018, 14:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}