Rusiyada dəhşət: Ölən və itkin düşənlər var



18:15

Rusiyanın Kemerova şəhərində yerləşən ticarət mərkəzlərindən birində güclü yanğın baş verib.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı azı 4 nəfər həlak olub. Onlardan 3-ü azyaşlıdır. Olay nəticəsində 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yerli mənbələr 11-i uşaq olmaqla 17 nəfərin itkin düşdüyünü bildirib. Ölən uşaqlar və qadın yanğın zamanı ticarət mərkəzindəki uşaq əyləncə otağında olub.

Bundan başqa, ticarət mərkəzində yerləşən kinoteatrların tavanı çöküb.

Yanğının səbəbi məlum deyil.

***

Rusiyanın Kemerova şəhərində yerləşən ticarət mərkəzlərindən birində yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Məlumatlara görə, hadisə zamanı 19-u uşaq olmaqla 35 nəfər itkin düşmüş hesab edilir.


Tarix: 25-03-2018, 22:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}