Bərdədə 50 baş mal-qara qarayaradan tələf oldu


Bərdə rayonun Mehdili kəndində yerləşən şəxsi fermada 50 baş İsveç növündən olan inək qarayara xəstəliyindən tələf olub.

Avropa.info-nun rayondakı mənbələrdən əldə etdiyi məlumata görə, ferma Vahid adlı iş adamına məxsusdur.

Onun Bərdə rayonunda digər obyektləri də olduğu da bildirilir.

Əldə olunan məlumata görə, 50 baş mal-qaranın xəstəlikdən tələf olması ilə yanaşı, fermada çalışan bir nəfər də qarayara xəstəliyinə tutulub. Hazırda həmin şəxs Bərdə şəhər xəstəxanasına yerləşdirilib.

Lakin mal-qaranın qaraya xəstəliyindən tələf olması və fermada çalışan bir nəfərin bu xəstəliyə tutulması gizlədilir. Məlumatı verən mənbə bildirir ki, yerli icra orqanları ilə isti münasibəti olan Vahid adlı biznesmen faktın gizlədilməsinə nail ola bilib. Qaraya xəstəliyinin müalicəsi üçün vaksin alına bilmədiyindən hazırda xəstəxanaya yerləşdirilən ferma işçisinin müalicəsi çətinləşib. Çünki xəstəliyin yayılması ilə bağlı məlumat gizlədildiyindən qarayara xəstəliyinin aradan qaldırılması üçün vaksin almaq mümkün olmur.

Tarix: 5-04-2018, 16:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}