Ahıl yaşlı kişi gəlininin qohumları tərəfindən bıçaqlandı- BAKIDA QANLI OLAY




Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Gununsesi.info report.az-a istinadən bildirir ki, “Südçülük Sovxozu” kimi tanınan ərazidə yaşayan 1949-cu il təvəllüdlü Mustafayev Əli Məcid oğlu yatdığı vaxt iki nəfər naməlum şəxs tərəfindən bayıra çağırılıb.

Bayıra çıxdıqda isə naməlum şəxslər ona 4 bıçaq zərbəsi vurublar.

Yaralı xəstəxanaya yerləşdirilib. Ə.Mustafayevin qohumlarının dediyinə görə, hadisəni kişinin gəlininin yaxınları törədib. Səbəb isə onun oğlunun qadından boşanması olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix: 6-04-2018, 09:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}