Almaniyada yük maşını insanların üzərinə sürülüb: 4 ölü, 20 yaralı - YENİLƏNİB - VIDEO - FOTO





Almaniyanın Münster şəhərində sürücünün furqonu açıq havada əyləşən insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Associated Press"in məlumatına görə, polis nümayəndəsi Andreas Bode jurnalistlərə açıqlamasında hadisə zamanı daha 20 nəfərin yaralandığını deyib.

Onun sözlərinə görə, furqonun sürücüsü özünü öldürüb. Bununla belə Bode qeyd edib ki, kişinin şəxsiyyəti müəyyən edilməyib və hadisənin motivləri barədə danışmaq hələ tezdir.

Bundan əvvəl 20 yaralıdan 6-sının vəziyyətinin ağır olduğu bildirilmişdi. 

21:06

Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yerli polis idarəsi bildirib ki, insident nəticəsində 3 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülb. Yük maşının sürücüsü insidentdən sonra intihar edib. Hazırda polislər hadisənin terror aktı olub-olmadığını araşdırır.

19:26


Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alanların sayı 50 nəfər çatıb.

Yerli polis insidentin terror aktı olub olmadığını araşdırır.

18:53

Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, azı 30 nəfər yaralanıb.

Şəhər polisi öz "Twitter" hesabında hadisə nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.

İnsidentin terror aktı olub olmadığı hələlik məlum deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Германии грузовик въехал в толпу людей


Tarix: 8-04-2018, 00:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}