“Əbilovun quldur dəstəsi” necə ələ keçib? - Guya Rövşən Lənkəranski himayə edirmiş...



Sverdlovsk əyalətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəisi, polkovnik-leytenant Sergey Maksimov bildirdi ki, bu il mütəşəkkil cinayət qrupları ilə bağlı məhkəməyə keçən illə müqayisədə 50% çox iş daxil olub. O isə bunu bölgədə daha çox cinayətkarın tutulmasını cinayət hallarının artması ilə deyil, polisin yaxşı işləməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, MCMİ əməkdaşları üç böyük qruplaşmanı müəyyən edib. Onlardan biri isə azərbaycanlı "Əbilovun quldur dəstəsidir”, onlar uşaq evlərinin keçmiş tərbiyəçilərini şantaj edərək onlardan pul alıblar və guya "qanuni oğru” Rövşən Lənkəranskinin himayəçiliyi ilə fəaliyyət göstəriblər.
Quldurlar adam oğurluğu ilə məşğul olub və döyüş silahlarından istifadə ediblər. Onun bildirdiyinə görə, quldurların qorxutduğu xeyli sayda insan var və bir ay ərzində bununla bağlı çoxlu şikayət daxil olub.
Fevralda isə maşın sığortasında dələduzluqla məşğul olan Karapetyanovun quldur dəstəsi saxlandı. Daha sonra isə Sandro kimi tanınan Aleksandr Fedotovun cinayətkar qruplaşmasının üzvləri saxlandı. O bölgədə "daha etnik” xarakterli olduğunu bildirdi. O, MCMİ nəzdində ancaq etnik qruplaşmalarla məşğul olan şöbənin yaradıldığını vurğulayıb və bildirib ki, məhz həmin şöbənin sayəsində "Əbilovun quldur dəstəsinin” üzvlərini saxlamaq mümkün olub.criminalaz.com
Tarix: 8-04-2018, 21:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}