Ekologiya Nazirliyi meşələrin məhvini ört-basdır etmək istəyir (VİDEO)







Geniş ictimaiyyətin haqlı narazılığı fonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) gözdən pərdə asmaq məqsədi ilə Cəlilabad və Masallı rayonlarında meşələrin talan olunması faktlarını “araşdırma”ğa başlayıb.
AzToday.az xəbər verir ki, sentyabrın 21-də ETSN-nin səlahiyyətli şəxsləri Cəlilabad və Masallı rayonlarında olublar.
Şikayətçilər bildirir ki, ETSN-nin Meşələrin İnkişafı Xidmətindən gələn Sehran Qəmbərov adlı əməkdaş meşə torpaqlarının qazılıb satılmasını ört-basdır etmək istəyir. “Ecofront”un ifşa etdiyi faktı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin (MRMTM) baş mühafizə mühəndisi Abuturab Bağırov meşə torpağı olmadığı kimi göstərmək istəyib. Sehran Qəmbərov Hüseynhacılı kənd sakinlərini də dinləyib. Sakinlər qazılan ərazinin yağışlar yağandan sonra uşaqlar üçün təhlükəli ola biləcəyindən narahat olduqlarını bildirməklə yanaşı MRMTM-in etdiyi özbaşınalığa “dur” deməsini tələb ediblər. Nazirlik əməkdaşı isə bu qanunsuzluqlara birtəhər don geyindirmək istəyib. Bu zaman sakinlər, şikayətçilər və ekologiya işçiləri arasında mübahisə düşüb.
Həmin görüntüləri təqdim edirik:



İddialara görə, müxtəlif zamanlarda adı qalmaqallarda hallanan Abuturab Bağırov meşə gözətçisinə şikayətçilərin ayağına gedib yalvarmasını tapşırıb. Əks halda həbs olunacağını, özlərinə isə heç nə edilməyəcəyini deyib.
Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə nazirliyin vəzifəli şəxsləri Cəlilabadın Ağdaş kəndində “ictimai dinləmə” keçirib. ETSN səlahiyyətliləri meşələrdəki qırıntıların qanunsuz olması və əkin yerlərinin olmaması barədə faktları yalanlamağa çalışıblar. Meşə gözətçisi Rahib Kazımov vasitəsi ilə mediaya verdikləri açıqlamada bildilirib ki, “Ecofront”un üzə çıxardığı ağaclar qanuni kəsilib və işlik materiallar ancaq oduncaq məqsədi ilə kəsdikləri agaclardan çıxıb.



Amma uzun müddət meşə təsərrüfatında işləyən mütəxəssislər isə Vüqar Kərimovun dedirdiyi sözləri xüsusi həyasızlıqla söylənilən yalan olduğunu deyir. Mütəxəssislər bildirir ki, cənub rayonlarının meşələri torpaq qoruyucu-su tənzimləyici meşələrdir, satış üçün nəzərdə tutulmayıb. Ancaq qurumuş, yerə yixilmiş, sinmiş, ayaq üstə qurumuş, çürümək üzrə olan koguş agaclardan qazlaşmayan kəndlərdə qış mövsumundə odun yanacagi kimi istifadə edilə bilər. Bu zaman proses meşələrdə sanitar qirma növundən istifadə etməklə həyata keçirilir. Həmdəki bu sanitar deyilən qirmadan heç vaxt işlik oduncaq çıxmır.
Yəni Rahib Kazımovun dediyi çurumuş, qurumuş koğuş ağaclardan işlik material çıxa bilməz. Videolardan göründüyü kimi uzunluğu 5 metr olan işlik materiallar ancaq sağlam və yaşlı ağaclardan çıxa bilər.
Dünən isə Cəlilabad rayonunda sakinlər meşədən işlik material daşıyan yük avtomobilini videoya çəkiblər. Videoda danışan sakin bildirib ki, hər gün meşələrdən qanunsuz olaraq işlik materiallar daşınır və meşələri mühafizə etməli olan dövlət qurumunun əməkdaşları bunları təşkil edir.
Həmin görüntüləri təqdim edirik:



Göründüyü kimi, ETSN səlahiyyətliləri meşələrin talan olunması faktlarını ört-basdır etməyə çalışmaqla yanaşı meşələrin talanıb məhv olunmasına da şərait yaratmağa çalışır. Əks halda Vüqar Kərimovun Cəlilabada gəldiyi günün səhərisi meşələrdən işlik materiallar “Kamaz”larla daşınmazdı…
Orxan Məmmədli
AzToday.az
Tarix: 23-09-2021, 17:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}