ŞOK! YPX əməkdaşları yaşlı sürücüyə zor tətbiq etdi – VİDEO




Dövlət Yol Polis İdarəsinin (DYP) əməkdaşları ilə sürücü arasında qarşıdurma yaşanıb.



KanalS.az xəbər verir ki, hadisə 12 sentyabr 2022-ci ildə Bakı şəhəri Səbail rayonu “Axundov bağı”nın yaxınlığında baş verib.
Beləki, dayanma və durma qaydalarını pozan 60 yaşlı sürücüyə Yol Patrul Xidmətinin əməkdaşları (Xəyyam və Şəbi) zor tətbiq edərək onu avtomobilindən düşürtməyə çalışıblar. Lakin sürücü polis əməkdaşlarının bu qanunsuz tələblərinə riayət etməyib. Polis əməkdaşlarının sürücüyə qarşı etdiyi kobud qayda pozuntusu avtomobildə olan digər sərnişin tərəfindən videolentə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Araz Ələsgərli KanalS.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırıldıqdan sonra ətralı məlumat veriləcək.
Həmin görüntüləri sizlərə təqdim edirik:

Qeyd edək ki, sürücü dayanma və ya durma qaydalarını pozmağa görə İnzibati Xətalar Məcəlləsinin 158-1.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilər ki, bunun da cəriməsi 20 manatdır.
Tarix: 20-09-2022, 10:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}