D18 Hərəkatının sədrinin saxlanıldığı bildirilir


Təşkilat hesab edir ki, Əhməd Məmmədlinin sosial paylaşımlarına görə tutulub
Demokratiya 1918 (D18) Hərəkatının sədri Əhməd Məmmədlinin son günlər sosial media hesabındakı paylaşımlarına görə saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə hərəkatdan məlumat verilib.
Məlumatda deyilir ki, Əhməd Məmmədli sentyabrın 20-də Bakıda – İslam Səfərli küçəsində gedərkən mülki geyimli şəxslər özlərini təqdim etmədən, qəfil hücum edərək onu tutub aparıblar. Təşkilat sədrinin “77 CZ 439” dövlət nömrə-nişanlı avtomobillə aparıldığı bildirilir.
“Son günlərdə müharibə fonunda Hərəkatın sülhə çağırış paylaşımları və Əhməd Məmmədlinin İlham Əliyevin cəzalandırılması ilə bağlı yazısı hakimiyyətdə qıcıq oyadıb. Hakimiyyət günahsız xalqı müharibənin eyforiyasıyla əzdiyi kimi siyasi fiqurları da dəmir yumruqla hədələyir. Siyasilərə edilən bu cür təhqirlər yolverilməzdir”, – D18 Hərəkatı Əhməd Məmmədlinin həbsinə belə münasibət bildirib.
Əhməd Məmmədlinin saxlanmasının səbəbləri, onun yeri ilə bağlı rəsmi qurumlardan rəy almaq mümkün olmayıb.
Tarix: 20-09-2022, 16:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}