Baş Prokurorluq: "Yevlaxda polisin məktəblini döyməsi iddiası araşdırılır"



Müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub
Yevlax rayonunda polisin məktəblini döyməsi iddiası araşdırılır. Bu barədə AYNA-ya Baş Prokurorluqdan bildirilib. 
Məlumata görə, Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qeyd edək ki, Yevlax rayonunda yaşayan bir nəfər rayon polis şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Qarşı tərəf isə azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyüldüyünü idda edib. Müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. 
Tarix: 21-09-2022, 22:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}