Ağstafa hərbi komissarlığı xəstə uşağı əsgərliyə göndərib: '"Həkim 4 min məndən aldı ki ..."




Ağstafa hərbi komissarlığı xəstə bir gənci əsgərliyə göndərib. Anaxeber.info məlumat verir ki, Əhmədov Elşən Tanrıverdi oğlunun anası bununla bağlı müraciət edib. O, oğlunun xəstəsi olduğunu bildirib. "Ağstafa hərbi komissarlığı uşağı yoxladı, dedilər ki, guya problemi yoxdur. Bu necə ola bilər? Elşən Gəncə, Qazax xəstəxanalarında yatı, özündən getmə halları, rabitəsiz hərəkətlər edir, gecə oyanır və evdə gəzməyə başlayır, yəni belə bir xəstə uşaqdır. Ağstafada  Mahir həkim məndən 4 min manat istədi ki, uşağın işini həll edək. Mən də məcbur qalıb kreditə girib həmin pulu verdim. Ancaq yenə də uşağı əsgərliyə apardılar". Əsgər anası bildirir ki, arabir komandiri vasitəsi ilə danışır: "Xahiş eləmişəm ki, ona nəzarət etsinlər.  Gecə öz-özünə gəzir. Qorxuram ki, özünə xəsarət yetirər. Belə bir xəstə uşağı necə əsgər aparmaq olar? Üstəlik, həkim pulumu aldı, mənimlə də kobud danışdı. Mənim uşağım sağlam, ağlı yerində olsaydı, bu qədər narahatlıq keçirməzdim. Deyərdim ki, qoy əsgərliyini çəksin. Amma bilirəm ki, xəstədir. Onu bu yaşına qədər saçını kəsdirməyə özüm aparırdım, yəni belə bir uşaqdı. Ona görə aidiyyatı orqanlardan, Səfərbərlik Xidmətinin yeni rəhbərliyindən xahiş edirəm ki, oğlumu nəzarətə götürsünlər".

Azər Talıbov

Tarix: 24-05-2023, 10:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}