“Azərişıq” ASC-nin tender maxinasiyaları belə ifşa olundu-ŞOK





Mütəşəkkil cinayətkarlıq və korrupsiya üzrə beynəlxalq jurnalist layihəsi “Azərişıq” ASC ilə bağlı şok faktlar əks olunacaq hesabat hazırlayır.

Hesabatı hazırlayan araşdırmaçı jurnalist Fərid Zeynalın məlumatına görə hesabatda “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə və digər ərazilərdə həyata keçirdiyi layihələrin tender maxinasiyaları əks olunub.

Bununla bağlı F.Zeynal açıqlamasında bildirib ki, hesabatda yer alan faktlarla bağlı 10 gün öncə “Azərişıq” ASC-yə sorğu göndərilsə də bu günə qədər heç bir tenderlə bağlı suala cavab verilməyib: ” Biz əlimizdə olan və rəsmi sənədlərlə təsdiq olunan hesabatı yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq. İşıq adı ilə edilən qaranlıq işlərdən ictimaiyyət xəbərdar olmalıdır. Sorğumuzun cavablandırılması ilə bağlı ilə hüquqi müstəvidə iddiamız olacaq”.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC -nin də mövqeyini dərc etməyə hazırıq.(dosye.org)

Rubrika.az


Tarix: 29-04-2024, 18:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}