Tərtərdə iki məktəbli arasında dava ölümlə nəticləndi - TƏFƏRRÜAT

Tərtərdə iki məktəbli arasında dava ölümlə nəticləndi
Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.

Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 7-05-2024, 11:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}