Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO

Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu - VİDEO
Ötən gecə Kürdəmirə yağan leysandan sonra bəzi fəsadlar ortaya çıxıb.

Rayonun Çölərəb kəndində sakinlərə məxsus meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri yağış suları basıb.

Yerli sakinlər çətinliyin aradan qaldırılması və gələcəkdə bu cür problemlərin ortaya çıxmaması üçün çıxış yolunu kənd ərazisində mövcud kanalların yenidən qazılmasında və təmizlənməsində görürlər.

“Səhərə kimi yatmamışıq. Suyun içində qırılıb batırıq”, - deyə sakin qeyd edib.
Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlara tapşırıq verilib və problemin həlli istiqamətində müvafiq addımlar atılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:


Tarix: 8-05-2024, 15:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}