Azərbaycanlı güləşçi erməni dünya çempionuna qalib gəldi

Azərbaycanlı güləşçi erməni dünya çempionuna qalib gəldi
Kiyevdə keçirilən beynəlxalq turnirin yarımfinalında 87 kq çəki dərəcəsində azərbaycanlı yunan-Roma güləşi ustası İslam Abbasov Ermənistandan olan dünya çempionu Maksim Manukyana 9:6 hesabı ilə qalib gəlib.

Virtualaz.org xəbər verir ki, bu şənbə günü baş tutmuş artıq ikinci azərbaycanlı-erməni qarşıdurmasıdır. Daha öncə cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Ferdinand Karapetyana qalib gəlmişdi.

Finalda İslam Abbasov ukraynalı Jan Belenyukla qarşılaşacaq.
Tarix: 25-02-2018, 09:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}