Ulduz futbolçular xeyriyyə matçında - Heyətlər açıqlandı


Birləşmiş Millətlər Təşkilatı (BMT) və UEFA-nın təşkilatçılığı ilə “Həmrəylik matçı” keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, fiziki qüsurlu uşaqlara yardım məqsədilə 21 dekabrda keçiriləcək oyunda veteran futbolçular meydana çıxacaq.

İsveçrənin Cenevrə şəhərindəki eyniadlı stadionda baş tutacaq matçı məşhur hakim Pyerluici Kollina idarə edəcək.

Heyətlər isə aşağıdakı kimi formalaşdırılıb:

Didye Deşamın komandası - Dida, Vitor Baya, Mişel Salqado, Frank de Bur, Rio Ferdinand, Kristian Kivu, Deyan Stankoviç, Robert Pires, Yari Litmanen, Khristian Karembeu, Andrea Pirlo, Raul, Robbi Kin, Kelli Smit, Fiqo, Nuno Qomeş.

Karlo Ançelottinin komandası – Deyvid Ceyms, Antonis Nikopolidis, Culyano Belletti, Kafu, Edmilson, Keysi Stouni, Erik Abidal, Mişel Esyen, Yori Corkayef, Qaiska Mendyeta, Ronald de Bur, Henrik Larsson, Aleksandr Fray, Patrik Klüvert, Ronaldinyo, Seliya Şaşiç.

Siam.az
Tarix: 18-04-2018, 07:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}