Kiyevdə böyük final: Otellərin qiyməti kəllə-çarxa qalxdı







Çempionlar Liqasının finalı günü  Kiyevdə ən bahalı otel nömrəsinin gecəsi 8 min avro olacaq.

Ukraynalı jurnalist Vasiliy Konov öz “Twitter” səhifəsində ən bahalı otel nömrələrinin skrinşotlarını paylaşıb.

Jurnalist eyni zamanda britaniyalı həmkarından əldə etdiyi fotoşəkilləri dərc edib. Həmin şəkillərə görə, Avropanın ən mötəbər futbol turnirinin finalı ilə əlaqədar Kiyevdəki otel qiymətləri 1700 – 11,000 avro arasında dəyişəcək.

Qeyd edək ki, ÇL-nın finalı mayın 26-da Kiyevin “Olimpiya” stadionda keçiriləcək. Həlledici matçda İngiltərənin “Liverpul” klubu Madridin “Real” klubu ilə üz-üzə gələcək.(Oxu.Az)

View image on TwitterView image on Twitter

Цены на отели в Киеве на даты финала Лиги чемпионов - в рублях при заходе из России и в фунтах (позаимствовал у коллег) при заходе из Великобритании. И больше не вспоминайте про Саранск, пожалуйста.

Tarix: 3-05-2018, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}