"O, hazırda dünyanın ən təhlükəli futbolçusudur"


 
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti dünyanın ən təhlükəli futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunundan - səfərdə "Liverpul"u 5:2 hesabı ilə yendikləri matçdan sonra UEFA-nın saytına danışıb:
"Fikrimcə, Vinisius Junior hazırda dünyanın ən təhlükəli futbolçusudur. O, oyunların nəticəsini müəyyənləşdirən oyunçudur".
Qeyd edək ki, Vinisius komandasının qələbəsinə 2 qolla töhfə verib.
Tarix: 22-02-2023, 15:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}