Neft son 18 ayın ən yüksək həddinə çatıb

Neft son 18 ayın ən yüksək həddinə çatıb Ötən gün dünya birjalarında müşahidə edilən cüzi bahalaşmadan sonra neft yenidən ucuzlaşmağa başlayıb.

Missiya.Az "Bloomberg"ə istinadən xəbər verir ki, dünya birjalarında "Brent" markalı neftin qiyməti -0.25%-lik ucuzlaşma ilə 56.98 dollar müəyyənləşib. "Texas" neftinin qiymətində də cüzi ucuzlaşma olub. "Texas" neftinin qiyməti 53.79 dollar olub.


Ən son məlumatlara görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,92 dollar bahalaşaraq 57,20 dollar təşkil edib. Bu, son 18 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.

Neft son 18 ayın ən yüksək həddinə çatıb

Əlvan metallarda davam edən bahalaşma trendin bu həftənin əvvəlində də davam edib. Dünya birjalarında qızılın qiyməti bir qədər bahalaşaraq 1 qramı 35.62 dollara qalxıb. Gümüşün qiyməti isə stabil qalıb. Gümüşün 1 qramı 0.50 dollar olub. Platinin qiymətində isə cüzi bahalaşma olub. Platin qismi bahalaşma ilə 29.48 dollarda qərarlaşıb. Neft son 18 ayın ən yüksək həddinə çatıb
Tarix: 9-01-2017, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}