Dollar almaq istəyənlər oxusunlar - EKSKLÜZİV

Dollar almaq istəyənlər oxusunlar - EKSKLÜZİV “Banklar dollar satmaqdan imtina etsə də, marağında olan hər kəs qara bazardan çox rahatlıqla dollar ala bilir”.

Bu sözləri ANV.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib.


Millət vəkili bildirib ki, bankların dollar satmaqdan imtina etməsi bir neçə amillə bağlıdır:

“Əsas səbəb dövriyyəyə digər valyutaların daxil olmasının qarşısını almaqdır. Məhz bu səbəbdən banklar dollar satışı həyata keçirməkdən imtina edirlər. Amma düşünmürəm ki, bu çıxış yoludur. Onsuz da qara bazarda dollar, o cümlədən digər valyutaları əldə etmək mümkündür”.

Deputat qeyd edib ki, qarşıdakı aylarda dolların bahalaşması qaçılmazdır:

“Bu proses gedir. Bunun qarşısını almaq mümkün deyil. Azərbaycanda idxalın ixracı dəfələrlə üstələməsi, neftin qiymətinin enməsi, dünyada gedən iqtisadi-siyasi proseslər milli valyutanın daha da dəyərdən düşməsinə gətirib çıxaracaq. Amma dollar neçəyə olacaq, manatın taleyi necə olacaq, bu şəkildə proqnozlar vermək düzgün deyil. Bunu zaman göstərəcək”.

Siam.az
Tarix: 10-01-2017, 16:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}